İranda daha 251 nəfər koronavirusdan öldü

25 May 2021 02:10

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 251 nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 78 848 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 005 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 843 523 nəfərə çatıb.

Milli.Az