Finalda səsvermə ilə bağlı məsələyə aydınlıq gətirildi

24 May 2021 13:19

"Avroviziya"nın finalı zamanı Niderlandda yüzlərlə insan vaxtında göndərilməsinə baxmayaraq səslərinin sayılmaması barədə sosial mediada şikayətləniblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) SMS səsverməsi zamanı ölkədə böyük problemlər yarandığını açıqlayıb.

EBU problemin telekom şirkətlərinin birindən qaynaqlandığını qeyd edib:

"Niderlandda telekom şirkətlərinin birində səslərin şəbəkə tərəfindən vaxtında işlənib ötürülməsinin qarşısını alan bir problem olduğunu aşkarladıq. Bunun səbəb olduğu xəyal qırıqlığına görə üzr istəyirik, lakin bu, EBU-nun nəzarətindən kənar idi".

Milli.Az