"YouTube" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR: Hər addımda qarşınıza çıxacaq...

24 May 2021 20:40

"YouTube" video platforması reklam siyasətinə dəyişiklik edib.

Milli.Az xəbər verir ki, şirkətin yeni qərarı rəsmi bloqda dərc edilib.

Qərara əsasən "YouTube"da olan bütün videoların üzərinə reklam çıxarılacaq. Bu reklamlardan əldə ediləcək gəlir kiçik kontent istehsalçıları ilə paylaşılmayacaq.

Dünyada ən çox izlənilən və 2.3 milyard istifadəçiyə sahib olan platforma sistemə yüklənilən bütün kontentlərdən pul qazanma haqqına sahibdir. (publika.az)

Milli.Az