Mayın 28-i ictimai nəqliyyat işləyəcək? - BNA-dan AÇIQLAMA

24 May 2021 10:47

Xəbər verdiyimiz kimi 28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.
 
Qeyri-iş günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulduğunu nəzərə alsaq belə bir sual yaranır: Cümə günü ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulacaqmı?

Milli.Az bildirir ki, məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu barədə hələ ki məlumat yoxdur:

"İctimai nəqliyyatın hərəkətinə məhdudiyyətin tətbiq edilməsi səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusudur. 28 may belə bir qadağa tətbiq edilərsə, qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək", - deyə qurum rəsmisi qeyd edib.

Milli.Az