İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 873 PHS aşkarlanıb - ANAMA

24 May 2021 11:54

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Milli.Az-a bildirilib ki, mayın 17-dən 22-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 93 piyada əleyhinə mina, 33 tank əleyhinə mina və 873 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 243 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Milli.Az