Ailəsini ziyarətə gələn 42 yaşlı hərbçimiz qəfildən vəfat etdi - FOTO

23 May 2021 21:10

Azərbaycan Ordusunun baş giziri Ağayev Elman Ağamoğlan oğlu qəfildən dünyasın dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən sakini olduğu Biləsuvar rayonuna, ailəsinə baş çəkməyə gələn hərbçi bu gün evində qəfildən ürəktutmadan vəfat edib.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü baş gizir E.Ağayev 22 il Silahlı Qüvvələrimizdə xidmət edib. O, Aprel və Tovuz döyüşlərinin iştirakçısı olub. Vətən muharibəsində də yaralanan hərbçimiz "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdu.

Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

Milli.Az