"Neftçi" ispan məşqçi ilə müqavilə bağladı

23 May 2021 22:10

"Neftçi" fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə müqavilənin müddətini uzadıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, ispaniyalı mütəxəssislə anlaşma daha 1 illiyə artırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı mütəxəssis 2021/22 mövsümünün sonunadək bu vəzifəni icra edəcək.
 
Qeyd edək ki, Eduardo Karo 2021-ci ilin yanvarından "Neftçi"də çalışır.

Milli.Az