Yunanıstan kubokunun qalibi məlum oldu

23 May 2021 21:15

Futbol üzrə Yunanıstan kubokunun qalibi məlum olub.

Milli.Az matc.az-a istinadən bildirir ki, həlledici matçda "Olimpiakos"la PAOK üz-üzə gəlib.

Görüş PAOK-un 2:1 hesablı qələbəsiylə başa çatıb. Saloniki təmsilçisi klub tarixində 8-ci dəfə ölkə kubokunu qazanıb.

Milli.Az