"Qalatasaray" braziliyalı futbolçu ilə müqaviləni yenilədi

23 May 2021 20:45

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Markaonun müqaviləsini yeniləyib.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
2019-cu ildən "Qalatasaray"da çıxış edən Markao bu mövsüm Super Liqada 37 oyuna çıxıb. 24 yaşlı müdafiəçinin "transfermarkt"da dəyəri 12 milyon avrodur.

Milli.Az