ABŞ-da barda atışma - Ölənlər var

23 May 2021 16:21

ABŞ-da Ohayo ştatının Youngstaun şəhərində bir barda baş verən atışma nəticəsində üç nəfər ölüb, beş nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN telekanalı şəhər polis idarəsinin nümayəndəsinə istinadən xəbər verib.

Bazar günü gecə atışma xəbərləri alındıqdan sonra polis hadisə yerinə çağırılıb. Zərərçəkənlər xəstəxanaya aparılıb.

Hazırda hadisə barədə araşdırma aparılır.

Milli.Az