İbrahim Tatlısəs həbs oluna bilər

23 May 2021 13:41

Türkiyəli müğənni İbrahim Tatlısəs məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İbrahim Tatlısəsin sahibi olduğu "Tatlıses" telekanalının müdiri Fulya Akbay ifaçının onu tənqid və təhqir etdiyini iddia edərək sənətçinin 4 illik həbs olunmasını tələb edib.

İ.Tatlısəs isə F.Akbağın onun pullarını mənimsədiyi barədə prokurorluğa şikayət ərizəsi yazıb.

Milli.Az