Tahir Salahovun cənazəsi Bakıya gətirilib

23 May 2021 12:41

Almaniyada vəfat edən Xalq rəssamı Tahir Salahovun cənazəsi Bakıya gətirilib.

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Xalq rəssamının bacısı Zərif Salahova deyib.

O, qardaşının nəşinin "Təzə Pir" məscidinə aparıldığını və sabah birinci Fəxri Xiyabanda dəfn olunacağını bildirilib.

Milli.Az