Qaragölə görə Ermənistan Təhlükəsizlik Şurası toplandı

22 May 2021 13:02

Ermənistan Təhlükəsizlik Şurasının növbəti iclası baş tutub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan TŞ-nin mətbuat xidməti yayıb.

Baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda Ermənistan-Azərbaycan sərhədindəki situasiya, onun nizamlanma prosesi və gələcək addımlar müzakirə edilib.

Qeyd edək ki, bundan öncə Ermənistan TŞ eyni mövzu ilə bağlı iki dəfə toplanıb.

Milli.Az