Bakı sakininin 14 min manatı oğurlanıb

22 May 2021 18:07

Bakı sakinin 14 min pulu talançılıq yolu oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə mayın 21-də S.Həsənovun yaşadığı evin həyətindən içərisində 14.000 rubl olan pulqabısının talanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsrafilov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az