Kareteçilərimizdən bir qızıl, bir gümüş medal - Avropa çempionatı

22 May 2021 19:07

Azərbaycanın qadın karateçisi İrina Zaretska Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə Yunanıstan təmsilçisi Vasiliki Panetsiduyə qalib gələrək Avropa çempionu olub.

Azərbaycanın daha bir karateçisi Pənah Abdullayev isə 84 kq çəki dərəcəsində ginal görüşüdə Türkiyə təmsilçisi Uğur Aktaşa uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, İrina Zaretska 2016-cı ildə Avropa, 2018-ci ildə isə dünya çempionatında da qızıl medal qazanıb.

Milli.Az