Bakıda aptekdən 4500 manatlıq oğurluq edilib

22 May 2021 14:57

Bakıda aptekdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az- verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birindən 4500 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuşlar T.Bəkirov və S.Bəkirov saxlanılıblar.

Araşdırma aparılır.

Milli.Az