Ermənistanda son sutkada 181 nəfər koronavirusa yoluxub

22 May 2021 13:59

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 181 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 221 880 nəfərə çatıb.

Son sutka ərzində15 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 386 nəfərə çatıb.

Milli.Az