Ermənistanın dövlət borcu 8,7 milyarda yüksəldi

22 May 2021 15:22

Ermənistanın dövlət borcu 2021-ci ilin aprelində 8,7 milyard dollara yüksəlib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Daşnaksütyun Partiyasının İqtisadi Tədqiqatlar Bürosunun rəhbəri Suren Parsyan deyib.

O, ilin əvvəli ilə müqayisədə ölkənin dövlət borcunun 804 milyon dollar və ya 10% artdığını bildirib. Parsyan hökumətin dövlət borcunun artırılmasına davam edəcəyini bildirib. O, hökumətin bir tərəfdən borc götürdüyünü, digər tərəfdən isə pulu ölkədən çıxaran böyük biznesə qaytarır.

Milli.Az