Sevgilidirlər, amma həyatlarına başqaları da girə bilər

22 May 2021 13:32

Öncə ayrılan, lakin qısa müddət sonra təkrar barışan məşhur cütlük model Kayle Cenner ilə Trevis Skott birgə yaşamağa başlayıb.

Milli.Az habertürk-ə istinadən xəbər verir ki, münasibətlərinə qaldıqları yerdən başlayacaqlarını bildiriblər. Ən maraqlısı isə budur ki, onlar sevgili olsalar da, həyatlarına başqalarının girə biləcəyini də istisna etməyiblər. 23 yaşlı Kayle 29 yaşlı əri ilə ən çox izləyiciyə malikdirlər.

Kamran Seyidov
Milli.Az