BU DA AVROPA: xəstənin səhvən SAĞLAM AYAĞI KƏSİLDİ

22 May 2021 10:04

Avstriyanın "Frayştad" xəstəxanasının həkimləri 82 yaşlı xəstənin səhvən sağ ayağını dizdən yuxarıdan amputasiya ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, xəstəxana rəhbərliyi çoxsaylı xəstəliklərdən əziyyət çəkən pasiyentin ailə üzvlərinə psixoloji dəstək verildiyini vurğulayıb.

Bildirilib ki, hərtərəfli araşdırma aparılacaq, sənədlər artıq prokurorluğa göndərilib.

Milli.Az