Tahir Salahovun cənazəsi sabah Bakıya gətiriləcək

22 May 2021 08:54

"Tahir Salahovun cənazəsi Bakıya sabah gətiriləcək".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Xalq rəssamının bacısı Zərif Salahova deyib.

O, dəfnin vaxtının hələlik dəqiqləşmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Tahir Salahov Fəxri Xiyabanda dəfn ediləcək.

Milli.Az