Rusiyada kanalizasiya təmizləyərkən 10 nəfər öldü

22 May 2021 08:12

Rusiyada bir təmizləmə qurumunda kanalizasiyanın təmizlənməsi əsnasında çox sayda işçi metan qazından zəhərlənib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 8 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə Rostov vilayətində - Taqanroq şəhərində baş verib.

Rusya Səhiyyə Nazirliyi müalicəsi davam etdirilən üç nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Milli.Az