“Telegram”ın təsisçisi “Facebook” səhifəsini ləğv edib

22 May 2021 08:08

"Telegram" messencerinin yaradıcısı Pavel Durov "Facebook" səhifəsini ləğv edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Durovun "Facebook" şirkətinə məxsus olan "Instagram" şəbəkəsindəki profilinin isə hələ ki, aktiv olduğu bildirilib.

Qeyd olunub ki, "Telegram"ın təsisçisi "Facebook"u dəfələrlə tənqid edib. Durov bəyan edib ki, şirkət "WhatsApp" vasitəsilə istifadəçiləri izləyir və onların yazışmalarını yetərincə qorumur.

Milli.Az