"Kök insanlar aşiq ola bilməz?"

22 May 2021 01:00

Türkiyəli aktyor Uraz Kayqılaroğlu "YouTube"da  qonaq olduğu proqramda açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 2008-ci ildə 140 kiloqramdan arıqlayaraq 70-ə düşən aktyor artıq çəkili aktyorların iş tapmaqda çətinlik çəkdiyini deyib:

"Kök aktyorlara təəssüf ki, şans verilmir. Artıq çəkin varsa, baş rol aktyorunun dostu olub, onun sevgisini izləməkdən başqa obraz verilmir. Kök insanlar aşiq ola bilməz?!".

Milli.Az