Ronaldonun türkcə söyüşü etirazlara səbəb oldu - VİDEO

21 May 2021 17:07

"Yuventus"un ulduzu Kriştianu Ronaldonun komanda yoldaşı, Türkiyə millisinin üzvü Merih Demiralın açdığı canlı yayımında türk dilində söyüş söyməsi müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İtaliya kubokunun təqdimat mərasimindən portuqaliyalı superulduzun bu hərəkəti Türkiyədə etirazlarla qarşılanıb.

Ronaldonun bu söyüşünə təəccüblənən Merih də ondan uzaqlaşıb. 

Milli.Az