“Heç kimlə heç bir şəkildə yarışa girmədim"

21 May 2021 17:21

Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkədə yeni fotosunu paylaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  ifaçı paylaşımında bu sözləri qeyd edib: 

"Heç kimlə heç bir şəkildə yarışa girmədim. Heç kimdən ağıllı, heç kimdən gözəl, heç kimdən müvəffəqiyyətli, heç kimdən yaxşı, daha yaxşı olmağımla bağlı təşəxxüsüm də yoxdur. Heç kim üçün nə ən, nə də daha deyiləm. Bu böyük iddiasızlığımın mənə verdiyi azadlığımın məftunuyam".

Milli.Az