Motosiklet sürücüsü qəzada ölüb - VİDEO

21 May 2021 12:54

Masallı rayonu ərazisində motosiklet minik avtomobili ilə toqquşub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Xırmandalı kəndi ərazisində baş verib.

1958-ci il təvəllüdlü Hüseyn Əli oğlu Səfərovun idarə etdiyi motosikletlə "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Qəzada ağır kəllə-beyin travması alan H.Səfərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az