Hərbi qulluqçularımız Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

21 May 2021 12:41

Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq "Anatolian Phoenix-2021" beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Təlim iyunun 4-dək davam edəcək.

Milli.Az