Xalq artistimiz ermənilərin "hücum"una məruz qaldı

21 May 2021 22:30

Xalq artisti Firəngiz Mütəllimovanın səhifəsini ermənilər şikayət edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  buna səbəb aktrisanın Şuşadan etdiyi paylaşımlar olub. O bildirib ki, yayımladığı videolar və fotolara görə saysız-hesabsız şikayət alır.

"Şuşadan etdiyim paylaşımlara görə ermənilər şikayət edib səhifəmi bağlatdırmaq istəyirlər. Xahiş edirəm, bu fürsəti o alçaqlara verməyin" deyən, Mütəllimova izləyicilərdən kömək istəyib.

Milli.Az