Tahir Salahov Almaniyaya müayinəyə gedibmiş - Bacısı DANIŞDI

21 May 2021 11:59

SSRİ Xalq rəssamı, görkəmli azərbaycanlı Tahir Salahov dünən gecə saatlarında Almaniyada dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, mərhumun bacısı Zərifə Salahova modern.az-a açıqlamasında deyib ki, Tahir Salahov 3-4 gün olardı ki, Almaniyaya müainəyə getmişdi:

"Tahir 1988-ci ildə Almaniya ürəyindən əməliyyat olub. O gündən bəri ildə iki dəfə Almaniyaya yoxlanışa gedirdi.

3-4 gün əvvəl yenə Almaniyaya ürəyini müayinə etdirməyə getmişdi. Dünən də gecə saatlarında rəhmətə gedib. Ölüm səbəbi barədə hələ heç bir məlumatımız yoxdur".

Milli.Az