Ermənistanda COVID-19-dan ölənlərin sayı 4371 nəfərə çatıb

21 May 2021 12:19

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 140 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 221 699 nəfərə çatıb.

Son sutka ərzində 7 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4371 nəfərə çatıb.

Milli.Az