Çavuşoğlu: “Hər zaman Azərbaycanın yanında olacağıq”

21 May 2021 12:09

"Hər zaman qardaş Azərbaycanın yanında olduq və olacağıq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni terrorçuları tərəfindən qətlə yetirilən türkiyəli diplomatların xatirəsinə həsr olunmuş Nyu-Yorkdakı "Şəhid diplomatlar" sərgisinin açılış mərasimində deyib.

"Qarabağ müharibəsi dövründə "Azərbaycan tək deyil, türk milləti və dövləti hər zaman yanındadır" dedik", - Türkiyə XİN başçısı vurğulayıb.

Milli.Az