Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

20 May 2021 23:32

Bakınının Binəqədi rayonunda iki avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Baksol" yolunda qeydə alınıb.

Belə ki, Nəbi Alıyev idarə etdiyi "VAZ 2104" markalı nəqliyyat vasitəsi ilə küçədən əsas yola çıxarkən "Ford" markalı minik avtomobil onun maşınına çırpılıb.

Qəza nəticəsində N.Alıyev ağır xəsarət alıb.

Milli.Az