Azərbaycanla Türkiyə arasında qaz razılaşması mayda imzalanacaq
29 Aprel 2010 15:19
Türkiyə mətbuatının yazdığına görə, bunu bu ölkənin enerji naziri Taner Yıldız jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, imzalama mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. "Biz artıq bütün məqamları razılaşdırmışıq və indi sənədləri imzalanmaya hazırlayırıq. Rəsmi imzalama mərasimi isə mayda Bakıda keçiriləcək", - deyə Taner Yıldız bildirib.
Milli.Az