Efirə çıxmaqdan qorxan Əməkdar artist - VİDEO

20 May 2021 18:42

Əməkdar artist İlkin Əhmədov özünə qoyduğu qadağadan söz açıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, xanəndə "Xəbər-ətər" verilişində bildirib ki, artıq hər sənətçi ilə efirə çıxmayacaq: 

"Verilişlərdən mənə dəvət gələndə digər qonaqların kim olduğunu soruşuram. Artıq kiminlə birgə verilişdə oturacağıma diqqət edirəm. Dəvət edə bilərlər, etməyə də bilərlər. Bəziləri verilişə gələndə digər qonağın kim olduğunu soruşurlar, çünki onlar canlı oxumaqdan qorxurlar. Qeyri-peşəkarlar və sənəti olmayanlarla birgə efirə çıxmaqdan qorxuram". 

Milli.Az