Çin banklara kriptovalyuta ilə əməliyyat aparmağı qadağan edib

22 May 2021 21:45

Çin bank və maliyyə qurumlarına kriptovalyuta ilə əməliyyat aparmağı qadağan edib. Bu barədə ölkənin sahə üzrə üç assosiasiyasının birgə bəyanatına istinadən "Reuters" məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, kriptovalyuta ilə bağlı istənilən xidmətlərə qadağa tətbiq edilib, amma fiziki şəxslər üçün heç bir qadağa yoxdur.

2017-ci ildə Pekin dünyanın bütün bitkoin ticarətinin 90%-ni təşkil edən spekulyativ bazarı ləğv edərək bütün yerli kriptovalyuta birjalarının fəaliyyətini dayandırmışdı.

Milli.Az