Bu vitaminin defisiti insanı tez qocaldır

6 İyun 2021 23:15

Erkən qocalmanın bir səbəbini də alimlər orqanizmdə K vitamininin çatışmazlığında olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, rusiyalı həkim İnna Piçuqina K vitamininin ağ qan hüceyrələrinin yaranmasında iştirak etdiyini bildirib.

Sümüklərin, birləşdirici toxumaların və damarların vəziyyəti bu vitamindən asılıdır.

Bədəndə interleykinlər çatışmadıqda insan sürətlə və tez qocalır.
İnterleykinlərin hasili üçün də K vitamini lazımdır.

K vitamini ilə yaşıl yarpaqlı tərəvəzlər və bütün göyərtilər zəngindir. /medicina.az

Milli.Az