Azərbaycan qaz hasilatını artırıb

20 May 2021 09:35

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda təbii qaz hasilatı 13,76 milyard kubmetri, o cümlədən əmtəə qazının hasilatı 10,29 milyard kubmetri ötüb.

Milli.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 2,7 və 9,3 faiz artıb.

Hesabat dövründə neft və qaz kondensatının hasilatı 11,55 milyon tona bərabər olub ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 7,2 faiz azdır.

2021-ci il mayın 1-ə olan vəziyyətə görə, hazır neft məhsulları ehtiyatı 319,9 min ton təşkil edib.

Milli.Az