Internet Explorer-in sonu çatır

20 May 2021 07:05

"Microsoft" şirkəti 15 iyun 2022-ci ildən başlayaraq Internet Explorer veb brauzerinin dəstəklənməsini dayandıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin saytında bildirilib.

Məlumatda qeyd olunub ki, brauzer funksiyalarının Microsoft Edge-ə keçməsi ilə Internet Explorer 11-in dəstəklənməsi 15 iyun 2022-də başa çatacaq.

Bu tədbir "Windows"un bəzi versiyalarına aid olmayacaq, söhbət, xüsusilə, Windows 10 LTSC haqqında gedir.

Milli.Az