Baş nazir Əli Əsədov Rusiyada rəsmi səfərdədir - FOTO

19 May 2021 21:05

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib.

Milli.Az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovu "Vnukovo-2" hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar. Azərbaycan Hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

Qeyd edək ki, mayın 20-də rəsmi səfər çərçivəsində Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Milli.Az