Azərbaycan çempionatı tarixində ilk dəfə şəhidə ölkə çempionatının medalı veriləcək

19 May 2021 19:01

Azərbaycan futbolu tarixində ilk dəfə ölkə çempionatının mükafatı şəhidə veriləcək.

Milli.Az bildirir ki, apasport.az saytının məlumatına görə, bu barədə qərarı Ağdamın "Qarabağ" klubunun rəhbərliyi verib.

Əyalət təmsilçisi Vətən Müharibəsində şəhid olan azarkeş Məhəmmədəli İbrahimlinin adını medal alacaq komanda üzvlərinin siyahısına daxil edib. O, ölümündən sonra Azərbaycan Premyer Liqasının ya qızıl, ya da gümüş medalına layiq görüləcək.

Qeyd edək ki, Azərbaycan çempionu və gümüş mükafatçının adına saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" matçında aydınlıq gələcək.

Milli.Az