Kraliça II Elizabetin Platin Yubileyini qeyd etmək üçün kampaniyaya start verilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2022-ci ildə Kraliça II Elizabetin taxtda olmasının 70 illik yubileyi keçiriləcək. Bu səbəblə Kraliçanın Yaşıl Çadır Mərkəzi (Green Canopy) Britaniyanın 70 fərqli meşə ərazisinə 70 ədəd yeri dəyişdirilməsi mümkün olmayan qədimi ağac əkəcək.
Uels Şahzadəsi Çarlz Vindzor qalasında monarxın 70 illik hökmranlığına hörmət əlaməti olaraq ilk yubiley ağacını əkib. O, insanları bu kampaniyaya qoşulmağa dəvət edib.
Baş nazir Boris Conson da bu təşəbbüsü dəstəklədiyini açıqlayıb.
Qeyd edək ki, Kraliça özü bu günə kimi 1500-dən çox ağac əkib.
Milli.Az