Yağlı dəri üçün maska

22 May 2021 18:30

Yağlı dəriyə qulluq etmək yaz və yay aylarında heç də asan məsələ deyil. Bu problemdən qurtulmaq üçün isə müxtəlif maskalar var.

Milli.Az Axşam.az-a istinadən yağlı dərilər üçün maskanı təqdim edir:

Dördə ədəd aspirini bir qabda toz halına gətirib, üzərinə 1 qaşıq bal əlavə edərək yaxşıca qarışdırın. Maskanı üzünüzə sürtüb, 20 dəqiqə saxlayın. Daha sonra üzünüz soyuq su ilə yuyun. Maskanı həftədə 2 dəfə tətbiq etdikdən sonra dərinizə mütləq nəmləndirici krem çəkin. 

Milli.Az