Bu şəhərdə koronavirus kəskin artdı - Dördüncü dalğa olacaqmı?

19 May 2021 21:30

Sankt-Peterburq şəhərində son 2 həftədir yoluxmada səngimə prosesində əks dəyişmə baş verib.

Milli.Az xəbər verir ki, 10 may tarixinə nisbətən yoluxanların sayı 29% artıb. Eləcə də sutkalıq xəstəxanaya yerləşdirilənlər də 27% çoxalıb.

Şəhərdə peyvəndləmə davam edir, yarım milyon insan kovid peyvəndi olunub.

Rusiya səhiyyə naziri Mixail Muraşko ölkədə hələ üçüncü dalğanın başa çatmadığını demişdi. O vətəndaşları dördüncü dalğanı gözləmədən, yoluxanlar azalsa da peyvəndləmədə tələsməyə çağırıb. /medicina.az

Milli.Az