Heydər Əliyev prospektində qəza olub - Yolda tıxac var - FOTO

19 May 2021 14:05

Bakıda baş verən yol qəzası tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumatına görə, hadisə Heydər Əliyev prospektində (Əsas yol -"Koroğlu" m/st. istiqamətində Bağırov körpüsünü keçəndən sonra) qeydə alınıb.

Hazırda yolda hər iki istiqamətdən sıxlıq var.

Milli.Az