Misir Qəzza zolağının bərpası üçün 500 milyon dollar ayırdı

19 May 2021 16:40

Misir prezidenti Abdulfettah əs-Sisi Qəzza zolağının bərpasına kömək üçün 500 milyon dollar bağışlayıb.

Milli.Az 7news.az-a istinadən bildirir ki, "Misir yenidənqurma işlərini həyata keçirən misirli inşaat şirkətləri ilə birlikdə Qəzza zolağında yenidənqurma prosesi üçün 500 milyon dollar yardım göstərəcək",-deyə qeyd olunub.

Həmçinin Misir Səhiyyə Nazirliyindən verilən açıqlamada isə Misirin Qəzzaya 65 ton tibbi yardım da göndərdiyi ifadə edilib.

Milli.Az