Mövlud Çavuşoğlu və Ceyhun Bayramov telefonla danışıb

19 May 2021 13:06

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

Milli.Az bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Telefon söhbətində Azərbaycanın Qoşulmama Hərəkatına (NAM) sədrliyi, Fələstindəki son hadisələr müzakirə edilib.

Bundan əlavə, Qarabağdakı son hadisələr barədə də fikir mübadiləsi aparılıb.

Milli.Az