Özbəkistana daha 1 milyon doza vaksin gətirilib

19 May 2021 20:37

Özbəkistana COVID-19 virusuna qarşı daha 1 milyon doza "ZF-UZ-VAC2001" nişanlı Çin-Özbəkistan vaksini gətirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mart-aprel aylarında 2 milyon "ZF-UZ-VAC2001", 660 min "AstraZeneca" və 100 min doza "Sputnik V" vaksini gətirilib. Beləliklə Özbəkistanda 3 milyon 760 min doza vaksin ehtiyatı var.

İndiyədək ölkədə əhaliyə 1 milyon 346 min vaksin vurulub və bu proses davam edir. İlin sonunadək Özbəkistanda 7 milyon adama vaksin vurulması nəzərdə tutulur.

Milli.Az