Hindistanda son VƏZİYYƏT - Korona ölüm saçır

19 May 2021 13:49

Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına267 334yoluxma qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı25 496 330nəfərə çatıb.

Son 24 saat ərzində 4 529 nəfər koronavirusdan ölüb və bununla da Hindistanda indiyədək infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı283 248nəfərə yüksəlib.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə indiyədək peyvənd olunanların sayıisə 185 809 302 nəfərdir.

Milli.Az