Dünya bazarlarında təbii qaz ucuzlaşıb

19 May 2021 10:59

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az bildirir ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,53% azalaraq 2,993 ABŞ dolları təşkil edib.

Milli.Az